Dünya

SEPAH-dan ABŞ-yə Hörmüz MESAJI: "Boğaz bizim nəzarətimizdədir"

13 Aug 2026, 21:32 2 baxış
SEPAH-dan ABŞ-yə Hörmüz MESAJI: "Boğaz bizim nəzarətimizdədir"
"İranın icazəsi və nəzarəti olmadan heç bir kommersiya gəmisi və ya neft tankeri Hörmüz boğazından təhlükəsiz şəkildə keçə bilməz". Oxu.Az SNN telekanalına istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi İbrahim Zülfiqari bəyan edib. Zülfiqari vurğulayıb ki, Hörmüz boğazı əvvəlki kimi İslam Respublikasının tam idarəçiliyi və nəzarəti altında qalır. O həmçinin əlavə edib ki, İran Silahlı Qüvvələri ABŞ və İsrailin regiondakı hərəkətlərini izləyir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə ABŞ-nin Hörmüz boğazına tam nəzarət etdiyini bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər