Dünya
Dünyanın ən böyük tam elektrikli təyyarəsi ilk dəfə havaya qalxdı - FOTO - VİDEO
ABŞ-nin "Heart Aerospace" şirkəti ilk dəfə "X1" təyyarəsini havaya qaldırıb. Oxu.Az şirkətin saytına istinadən xəbər verir ki, "X1" indiyədək uçuş həyata keçirən ən böyük tam elektrikli təyyarədir. Sınaq Nyu-York ştatında yerləşən Plattsburq Beynəlxalq Hava Limanının uçuş-sınaq bazasında keçirilib. Uçuş 27 dəqiqə davam edib.
"X1" təxminən 335 metr yüksəkliyə qalxıb. Tam elektrikli mühərrik sistemi 1 meqavatdan çox güc hasil edib. Sınaq zamanı təyyarə yerdə hərəkət, havaya qalxma, yüksəlmə, manevr və eniş mərhələlərini uğurla yerinə yetirib. İlk uçuş zamanı təyyarə yalnız akkumulyatorlardan istifadə edib və təxminən 5 dollar dəyərində elektrik enerjisi sərf edib.
{{gallery}}

Mənbə
oxu.az