Dünya

Türkiyədə zəlzələ baş verdi

25 Jan 2026, 20:48 1 baxış
Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) öz sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, Qaziantepin Nurdağı rayonunda 4.1 bal gücündə zəlzələ qeydə alınıb. 7.82 kilometr dərinlikdə baş verən yeraltı təkanlardan sonra ilkin qiymətləndirmələrə görə heç bir dağıntı və ya itki olmayıb. Zəlzələ ətraf rayonlarda da hiss olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər