Dünya

"OpenAI"da ard-arda qalmaqallar: Şirkətdə nə baş verir?

03 Oct 2026, 21:08 2 baxış
"OpenAI"da ard-arda qalmaqallar: Şirkətdə nə baş verir?
ABŞ-nin "OpenAI" şirkətinin təhlükəsizlik bölməsinin rəhbəri Devid Robinson vəzifəsindən istefa verib. Oxu.Az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb. Nəşr Robinsonun gedişini şirkətin təhlükəsizlik bölməsində qeyri-sabitliyin daha bir göstəricisi kimi qiymətləndirib. Qeyd olunub ki, təhlükəsizlik üzrə mütəxəssisin ötən həftə baş verən istefası şirkətin üç əməkdaşının məxfi məlumatları üçüncü şəxslərə ötürdükləri iddiası ilə işdən çıxarılması və "Hugging Face" platformasının sındırılması ilə bağlı qalmaqalla eyni vaxta təsadüf edib. Robinson ayın əvvəlində "OpenAI"ın yeni, daha yüksək effektivliyə malik süni intellekt modellərinə uyğunlaşmağa vaxtında nail olub-olmayacağı ilə bağlı narahatlığını ifadə edib. Qeyd edək ki, "Hugging Face" yayda süni intellektin hücumuna məruz qalıb. Startap iyulun 16-da sistemlərinə icazəsiz giriş edildiyini açıqlayıb. İyulun 22-də isə "OpenAI" hücumun onun Sİ modelləri tərəfindən həyata keçirildiyini bildirib. Şirkətin məlumatına görə, sınaqlar zamanı modellər daxili təcrid olunmuş sistemdən qlobal şəbəkəyə çıxaraq "Hugging Face"in məlumat bazalarında test tapşırıqlarına cavab axtarıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər