Dünya

Türkiyədə keçmiş futbol hakimi jurnalistləri ittiham etdi: "Hesabları araşdırsınlar"

03 Oct 2026, 21:24 2 baxış
Türkiyədə keçmiş futbol hakimi jurnalistləri ittiham etdi: "Hesabları araşdırsınlar"
Türkiyədə "Hakimlər işi" üzrə aparılan araşdırma çərçivəsində keçmiş hakim Alper Ulusoyun ifadəsinin detalları üzə çıxıb. Oxu.Az xəbər verir ki, Ulusoy ifadəsində Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin (MHK) rəhbərliyi ilə bəzi mətbuat nümayəndələri arasında əlaqələrin araşdırılmasını istəyib. O, hakimliyə qayıtdıqdan sonra bəzi media nümayəndələrinin onun barəsində əsassız məlumatlar yaydığını iddia edib. Ulusoy həmin şəxslər arasında Erman Toroğlu, Barış Yurduseven, Bünyamin Gezer və Ali Fuat Duatepenin adlarını çəkib. Keçmiş hakim onların bank hesablarının da araşdırılmasını, MHK ilə aralarında hər hansı maddi və ya qeyri-maddi maraq əlaqəsinin olub-olmadığının müəyyənləşdirilməsini istəyib. O, həmçinin xaricdən onlara maddi üstünlük verə biləcək şərtlərlə daşınmaz əmlak alınıb-alınmadığının araşdırılmasını tələb edib. Ulusoy ifadəsində keçmiş MHK rəhbəri Serdar Tatlının niyə istefa verdiyi və bəzi klubların ondan hakimlərin heyətdən çıxarılmasını istəyib-istəmədiyi barədə də suallar səsləndirib. O, Ferhat Gündoğdunun MHK rəhbərliyinə kimlərin istəyi ilə gətirildiyini də soruşub və bəzi klublarla bağlı iddiaların araşdırılmasını istəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər