İdman

İspaniyadan Çexiya üzərində rahat qələbə - Video

04 Oct 2026, 00:52 1 baxış
İspaniyadan Çexiya üzərində rahat qələbə - Video
Millətlər Liqasının A Liqasının 3-cü turunda İspaniya yığması Çexiyanı 3:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, Ovyedoda keçirilən qarşılaşmada meydan sahibləri hesabı 6-cı dəqiqədə Lamin Yamalın qolu ilə açıblar. Rodri 35-ci dəqiqədə fərqi iki topa çatdırıb. Çexiya 69-cu dəqiqədə İrji Slama ilə qollardan birinin əvəzini çıxıb. Lakin 85-ci dəqiqədə çexiyalıların kapitanı Ladislav Kreçi ikinci sarı vərəqə alaraq meydandan qovulub.

İspaniya azlıqda qalan rəqibinin müqavimətini 89-cu dəqiqədə Mikel Merinonun qolu ilə qırıb və qarşılaşma 3:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra İspaniya 3 oyundan 9 xal toplayaraq 3-cü qrupda liderliyini davam etdirir. Çexiya isə xalsız sonuncu pillədə qərarlaşıb. Digər qarşılaşmalardakı hesabları təqdim edirik: UEFA Millətlər Liqası 3 oktyabr B Liqası, I qrup 22:45. Şimali Makedoniya - Şotlandiya - 0:2 22:45. İsveçrə - Sloveniya - 2:1
Mənbə oxu.az

Oxşar Xəbərlər