Dünya

Rusiyada qeyri-adi hadisə: Pikap helikopteri daşıdı - Video

04 Oct 2026, 00:30 1 baxış
Rusiyada qeyri-adi hadisə: Pikap helikopteri daşıdı - Video
Rusiyanın Krasnodar diyarında qeyri-adi hadisə baş verib. Oxu.Az xəbər verir ki, "Mi-2" helikopterini daşıyan pikap aşıb. Məlumata görə, sürücü helikopteri pikapın üzərində daşımaq qərarına gəlib. Lakin yüksək ağırlıq mərkəzinə görə avtomobil torpaq yolda hərəkət edərkən əyilməyə başlayıb və nəticədə həm helikopter, həm də pikap aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Helikopterin kimə məxsus olduğu və hara aparıldığı hələlik məlum deyil. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı açıqlama verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər