Dünya
Ər-Riyadda neft obyektində güclü yanğın baş verib - Video
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda neft sənayesi obyektlərindən birində güclü yanğın baş verib. Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, yanğın nəticəsində ərazi üzərində qara tüstü buludu yaranıb.
Yanğının səbəbi hələlik məlum deyil. Bəzi məlumatlara görə, yanğın Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinə məxsus obyektdə baş verib. Lakin hökumət hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə husilər arasında bu ilin yayından etibarən qarşılıqlı hücumlar yenidən başlayıb. Husilər daha əvvəl də krallığın ərazisindəki neft infrastrukturuna bir neçə dəfə hücum ediblər.

Mənbə
oxu.az