Digər

Orban Zelenskiyə cavab verdi: Macarıstanın ləyaqəti...

25 Jan 2026, 17:18 2 baxış
Orban Zelenskiyə cavab verdi: Macarıstanın ləyaqəti...

Budapeşt təzyiq və təhdidlərə boyun əyməyəcək.


Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.


“Macarıstanı qorxutmaq olmaz. Liderlər gəlib gedir, şəxsi təhqirlər baş verə bilər, amma Macarıstanın ləyaqəti müzakirə mövzusu deyil”, - Orban bildirib.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışı zamanı Avropanın hesabına yaşayan, lakin onun maraqlarını satan hər bir Viktorun (Macarıstan Baş naziri Viktor Orbanı nəzərdə tutub – red.) biləyinə şillə vurulmalı olduğunu demişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər