Dünya
Çinli alimlər ev heyvanlarının kütləvi klonlaşdırılmasını həyata keçiriblər
Şimal-Qərb Kənd və Meşə Təsərrüfatı Universitetinin (Çinin Şensi əyaləti) alimləri ilk dəfə olaraq ev heyvanlarının kütləvi klonlaşdırılmasını müvəffəqiyyətlə həyata keçiriblər. Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Çin mütəxəssisləri yüksək məhsuldarlığa malik südlük keçilərin klonlarını əldə etməklə bu sahədə mühüm elmi nailiyyət qazanıblar. Təmizqanlı heyvanlar əsasında aparılan tədqiqatlar nəticəsində dörd erkək və iki dişi klon yaradılıb. Bildirilir ki, tədqiqat qrupu yüksəkkeyfiyyətli somatik hüceyrələri dəqiqliklə ayıraraq prosesi optimallaşdırıb və uğurlu seriyalı klonlaşdırmanı təmin edib. Bu yeni texnologiya, yüksək məhsuldarlığa malik keçi populyasiyasının yetişdirilməsi üçün adətən 8-10 il tələb edən ənənəvi seleksiya üsulları ilə müqayisədə prosesi dəfələrlə sürətləndirir.
Mənbə
oxu.az