Dünya

Üç zərərli səhər vərdişi açıqlandı

16 May 2026, 07:18 2 baxış
Üç zərərli səhər vərdişi açıqlandı
Onkoloq Vladimir İvaşkov sağlamlığa ciddi zərər vuran üç səhər vərdişindən imtina etməyə çağırıb. Oxu.Az xəbər verir ki, həkim bu barədə öz "Telegram" kanalında xəbərdarlıq edib. 1. Acqarına qəhvə içmək İvaşkov səhərlər acqarına qəhvə içməməyi məsləhət görür. Məsələ burasındadır ki, bu içki qanda kortizolun ("stres hormonu") səviyyəsini artırır. Səhər saatlarında kortizol səviyyəsi onsuz da yüksək olduğu üçün qəhvə qəbulu insanda əlavə narahatlıq və qıcıqlanma hissi yarada bilər. 2. Acqarına dərman qəbul etmək Həkim xüsusilə "Ibuprofen" və "Aspirin" kimi qeyri-steroid iltihabəleyhinə preparatları acqarına qəbul etməkdən çəkinməyə çağırıb. O vurğulayıb ki, bu vərdiş mədə xorasının inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. 3. İntensiv səhər məşqləri V.İvaşkovun sözlərinə görə, səhərlər həddindən artıq ağır idmanla məşğul olmaq zərərlidir: "Tədqiqatlar göstərir ki, acqarına edilən məşqlər zamanı performans 10-20% azalır və bədənin bərpası zəifləyir. Yüngül gəzinti faydalı olsa da, ağır yüklənmələr tövsiyə edilmir. Məşqdən 1-1.5 saat əvvəl zülal və karbohidrat tərkibli yüngül qidalar qəbul etmək lazımdır", - deyə mütəxəssis bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər