İqtisadiyyat

4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - Ekspert

16 May 2026, 08:00 2 baxış
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - Ekspert

ÜDM-nin artım tempi ilk 3 ayda mənfiyə getmişdi, 0.3% azalma var idi. İndi isə cəmi 0.2% artım olduğu görünür. Əslində, bu, statistik kənarlaşmanın tərkibinə daxildir. Statistik kənarlaşmada 0.3%-ə qədər səhv kənarlaşmalar ola bilər. Bunu nəzərə alsaq, demək olar ki, iqtisadiyyatımız böyüməyib.


Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda bu ilin yanvar-aprel aylarında ümumi daxili məhsulun (ÜDM) ötən ilin eyni dövrünə nisbətən 0,2% artması barədə danışarkən deyib.


“Azərbaycan iqtisadiyyatı böyüməlidir. Azərbaycan iqtisadiyyatı böyüməyəndə insanların rifah halına da mənfi təsir göstərir. Azərbaycanda bu ilin sonuna qədər ən yaxşı halda 1.1% iqtisadi artım olması proqnozlaşdırılır”, - ekspert vurğulayıb.


N.Cəfərli neftin qiymətinin yüksəlməsinin ÜDM-nin artımına müsbət təsir etdiyini bildirib:


“Lakin ÜDM-də bu qədər zəif göstəricilər Azərbaycan iqtisadiyyatında struktur problemlərinin olmasından xəbər verir.


Hökumətin əsas hədəfi büdcə gəlirlərinin artırılmasıyla yanaşı, iqtisadi aktivliyin yüksəlməsinə yönəlməlidir”.

Mənbə axar.az

Oxşar Xəbərlər