Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar xəritədə olmayan iqamətgahda keçirilib

25 Jan 2026, 15:24 2 baxış
Əbu-Dabidə Ukrayna üzrə danışıqlar xəritədə olmayan iqamətgahda keçirilib
Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar Qəsr əş-Şati iqamətgahında aparılıb. Oxu.Az xəbər verir ki, bunu TASS agentliyinin müxbiri müəyyənləşdirib. Məlumata görə, Qəsr əl-Vətən prezident sarayından fərqli olaraq, bu iqamətgah ziyarətçilər üçün bağlıdır, xəritələrdə qeyd olunmayıb və mühüm diplomatik görüşlər üçün istifadə olunur. Xatırladaq ki, yanvarın 23-ü və 24-də Ukrayna nizamlanması üzrə üçtərəfli danışıqların mətbuata qapalı formatda iki raundu baş tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər