Mədəniyyət

Nazirlik rəsmisi: "Məsumə Babayevanın ölümü incəsənətimiz üçün böyük itkidir"

25 Jan 2026, 13:22 1 baxış
Nazirlik rəsmisi: "Məsumə Babayevanın ölümü incəsənətimiz üçün böyük itkidir"
"Məsumə Babayevanın ölümü incəsənətimiz üçün böyük itkidir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Mədəniyyət Nazirliyinin şöbə müdiri İntiqam Babayev ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayevanın vida mərasimində deyib. O bildirib ki, mərhumun xatirəsi daim yaşayacaq: "Uzun illər səhnəmizdə bir-birindən xoş obrazlar yaradıb. Mədəniyyətimizdə, incəsənətimizdə böyük iz qoymuş şəxslərin dünyasını dəyişməsi böyük itkidir. Məsumə xanın bizim, ailəsinin, dostlarının yaddaşında daim xoş xatirələrlə qalacaq". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər