Dünya

Suriyada atəşkəs 15 gün uzadıldı

25 Jan 2026, 01:24 1 baxış
Suriyada atəşkəs 15 gün uzadıldı
Suriya Müdafiə Nazirliyi Suriya Ordusunun bütün əməliyyat bölgələrində atəşkəsin daha 15 gün uzadıldığını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, qərar ABŞ-nin İŞİD məhbuslarını bölgədəki həbsxanalardan İraqa təxliyəsini dəstəkləmək üçün edilib. Qeyd edək ki, yanvarın 18-də əldə edilən atəşkəs və tam inteqrasiya razılaşması SDQ/YPG-nin Fərat çayının şərqindən geri çəkilməsini, Həsəkədəki inzibatı binaların təhvil verilməsini, mərkəzi hökumətin sərhəd keçidləri və enerji ehtiyatları üzərində nəzarətini əhatə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər