Dünya

Almaniyada HƏMAS üçün silah toplayan şəxs həbs edilib

25 Jan 2026, 00:24 1 baxış
Almaniyada HƏMAS üçün silah toplayan şəxs həbs edilib
Almaniya hüquq-mühafizə orqanları Fələstinin HƏMAS hərəkatı üçün silah alınmasında şübhəli bilinən Livan vətəndaşını həbs ediblər. Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, hadisə Berlin-Brandenburq hava limanında şübhəli şəxs Beyrutdan təyyarə ilə gəldikdən sonra baş verib. Prokurorluq vurğulayıb ki, kişi xarici terror təşkilatına üzv olmaqda şübhəli bilinir.
Mənbə oxu.az

Oxşar Xəbərlər