Mədəniyyət

Azərbaycan rəssamı ABŞ sərgisində yenidən birinci yerə layiq görüldü

22 Jan 2026, 11:48 1 baxış
Azərbaycan rəssamı ABŞ sərgisində yenidən birinci yerə layiq görüldü
Azərbaycan və ABŞ rəssamı Vüqar Quliyev ABŞ-də keçirilən sərgidə yenidən birinci yeri qazanıb. Oxu.Az-ın məlumatına görə, onun "Astral Drift" əsəri Hill Mərkəzində (DC, Old Naval Hospital) keçirilən "Regional Juried Exhibition" sərgisində ən yaxşı əsər kimi tanınıb.
{{gallery}} Kuratorlar bu əsəri Vaşinqton paytaxt regionu (Kolumbiya ştatı), Virciniya və Merilenddən olan rəssamların 800-dən çox əsəri arasından seçiblər. Xatırladaq ki, 2025-ci ilin iyulunda Vüqar Quliyevin "Xəyal Meşəsi: Nömrə 02" əsəri "The Art League" qalereyasında keçirilən sərgidə baş mükafat qazanmışdı. Həmin ilin aprelində keçirilən "miniMAX" sərgisində "Pıçıldayan Atəş" əsəri də baş mükafatı qazanıb. Eyni rəssamın bu qalereyada qısa müddət ərzində növbəti dəfə qalib gəlməsi unikal bir hadisədir. Mükafat qazanan rəsmlər arasında V.Quliyevin 2024-cü ilin oktyabrında ABŞ-nin "Arlington Artist Alliance" qalereyasında keçirilən sərgidə birinci yeri tutan "Absurd Gecə Gəzintisi" də olub. Qeyd edək ki, fevralın 21-də Bakıda, "Nine Senses"də rəssamın fərdi sərgisi açılacaq. Firəngiz Ağalarova
Mənbə oxu.az

Oxşar Xəbərlər