Şou biznes

Jerar Depardye yumruqladığı "paparatsiya kralı" ilə barışdı

20 Jan 2026, 11:04 1 baxış
Jerar Depardye yumruqladığı "paparatsiya kralı" ilə barışdı
Dünyaca məşhur fransız aktyor Jerar Depardye və "paparatsiya kralı" ləqəbi ilə tanınan italiyalı fotoqraf Rino Barillari məhkəmədə mübahisələndirilən qarşılıqlı iddialarından imtina ediblər. Oxu.Az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Məlumata görə, 78 yaşlı aktyor və 80 yaşlı fotoqraf iki il əvvəl dalaşdıqları Romadakı Vittorio Veneto küçəsindəki bir barda barışıblar. Barillarinin sözlərinə görə, onlar "1960-cı illərin oğlanları kimi" qucaqlaşıblar. Daha sonra aktyor üzr istəyib və fotoqraf iddiasını geri götürüb. Depardyenin vəkili bütün mübahisələrin həll olunduğunu təsdiqləyib. Məlumata görə, 2024-cü ilin mayında Depardye tanınmış fotoqrafa hücum etməkdə ittiham olunub. Qarşıdurma zamanı aktyor "paparatsiya kralı"na üç dəfə yumruq vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər