İdman

İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi?

02 Oct 2026, 07:00 3 baxış
İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi?
Futbol dünyasının ilk rok ulduzu idi. Onu saxlaya biləcək müdafiəçi tapmaq çətin idi. Lakin karyerasını bitirən rəqib meydandakı futbolçular yox, öz həyat tərzi oldu. Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Corc Bestin "Qızıl top"a qədər yüksələn və oradan faciəli sona qədər uzanan həyat hekayəsindən bəhs edirik. "Deyəsən, bir dahi tapmışam" Corc Best Belfast küçələrindən çıxan arıq, balaca bir uşaq idi. 15 yaşında "Mançester Yunayted"in skautu Bob Bişop onun istedadını gördü və baş məşqçi Mett Basbiyə məşhur teleqramı göndərdi: "Deyəsən, bir dahi tapmışam". Bişop yanılmamışdı. Best hər iki ayağından eyni səviyyədə istifadə edir, inanılmaz sürəti, texnikası və tarazlığı ilə rəqiblərini bir-birindən ayırırdı. 17 yaşında "Mançester Yunayted"in əsas komandasında debüt edən futbolçu qısa müddətdə İngiltərənin ən parlaq simalarından birinə çevrildi.
22 yaşında dünyanın zirvəsində 1968-ci il Bestin karyerasının zirvəsi oldu. "Mançester Yunayted" həmin il Avropa Kubokunu qazandı. Finalda "Benfika"ya qarşı əlavə vaxtda qol vuran Best komandasının 4:1 hesablı qələbəsində mühüm rol oynadı. Həmin ilin sonunda isə daha böyük mükafat gəldi. Cəmi 22 yaşında olan Best Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"u qazandı. O, artıq sadəcə futbolçu deyildi. Futbolun ilk qlobal pop ulduzlarından birinə çevrilmişdi.
"El Beatle" - futbolun ilk rok ulduzu Bestin meydandakı oyunu qədər görünüşü və həyat tərzi də diqqət çəkirdi. Uzun saçları, xarici görünüşü, gecə həyatı və qadınlarla bağlı xəbərlər onu klassik futbolçu obrazından uzaqlaşdırırdı. Portuqaliya mətbuatı ona "El Beatle" ləqəbini vermişdi. Best futbol meydanından kənarda da məşhur idi və onun həyatına maraq göstərənlərin sayı getdikcə artırdı. Meydanda isə özünəinamı sərhəd tanımırdı. 1976-cı ildə Niderlandla oyunöncəsi ondan Yohan Kroyff barədə fikri soruşulanda Best niderlandlı ulduzu yüksək qiymətləndirsə də, ilk fürsətdə topu onun ayaqları arasından keçirəcəyini demişdi. Onun özünəinamını ən yaxşı ifadə edən məşhur sözlərindən biri isə belə idi: "Bir az çirkin olsaydım, nə Pele, nə də Maradona haqqında heç kim danışmazdı".
Zirvədən 27 yaşında ayrıldı Lakin Bestin həyatında zirvə ilə eniş arasında çox az məsafə vardı. O, getdikcə məşqləri daha çox buraxmağa, klub rəhbərliyinin tələblərinə məhəl qoymamağa və gecə həyatına daha çox vaxt ayırmağa başladı. "Mançester Yunayted"dəki son illərində artıq əvvəlki Best yox idi. 1974-cü ildə, cəmi 27 yaşında o, klubdan ayrıldı. Sonrakı illərdə müxtəlif klublarda çıxış etsə də, heç biri ona "Mançester Yunayted"dəki illərin şöhrətini qaytara bilmədi.
"Pulun qalanını isə israf etdim" Best futbol karyerasından böyük sərvət qazanmışdı. Lakin həmin sərvət də uzun müddət əlində qalmadı. İçki, qadınlar, qumar və sürətli avtomobillərlə dolu həyat tərzi onun həm pulunu, həm də sağlamlığını sürətlə tükətdi. Bir müsahibəsində sərvətini necə xərclədiyi soruşulanda məşhur cavabını verdi: "Pulun çoxunu içkiyə, qadınlara və sürətli maşınlara xərclədim. Qalanını isə israf etdim". Bekhemə də sözünü əsirgəmədi Best kəskin yumoru və acıdilli açıqlamaları ilə də tanınırdı. Devid Bekhem haqqında fikri soruşulanda onun cavabı yenə özünəməxsus olmuşdu: "Sol ayağı ilə topa vura bilmir, başla oynaya bilmir, müdafiədə oynaya bilmir və çox da qol vurmur. Bunlardan başqa pis deyil". Best futbol dünyasında özünəinamı ilə yanaşı, belə kəskin ifadələri də illər boyu yadda qaldı.
Alkoqol onun ən böyük rəqibinə çevrildi İllər keçdikcə zarafatların yerini sağlamlıq problemləri aldı. Best uzun müddət alkoqol asılılığı ilə mübarizə apardı. 2000-ci ildə qaraciyərinin ciddi şəkildə zədələndiyi məlum oldu. 2002-ci ildə isə ona qaraciyər transplantasiyası edildi. Əməliyyatdan sonra belə Best içkidən tamamilə uzaqlaşa bilmədi. Səhhəti getdikcə pisləşirdi. Bir vaxtlar müdafiəçilərin qarşısında dayanılmaz olan futbolçu artıq həyatının ən ağır rəqibi ilə mübarizə aparırdı.
"Mənim kimi ölməyin" 2005-ci ilin oktyabrında Best yenidən xəstəxanaya yerləşdirildi. Vəziyyəti getdikcə ağırlaşdı. Noyabr ayında onun xəstəxana çarpayısında çəkilən fotosu yayımlandı. Bir vaxtlar milyonlarla insanın heyran olduğu simadan əsər-əlamət qalmamışdı. Şəklin altında isə həyatının son illərini ümumiləşdirən ağır bir mesaj vardı: "Mənim kimi ölməyin". 25 noyabr 2005-ci ildə Corc Best 59 yaşında dünyasını dəyişdi.
İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi? İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi?
Mənbə oxu.az

Oxşar Xəbərlər