Mədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

19 Jan 2026, 19:00 1 baxış
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, yanvarın 19-dan 25-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə yeddi tamaşa oynanılacaq. Yanvarın 20-də, saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Yanvarın 22-də, saat 19:00-da "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti 15-30 manatdır.
Yanvarın 22-də, saat 19:00-da Vilyam Şekspirin "Ledi Maqbet" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Yanvarın 24-də, saat 12:00 və 14:00-da, yanvarın 31-də, saat 11:00 və 13:00-da Madam Leprens de Bomonun "Gözəl və Bədheybət" tamaşası oynanılacaq. Tamaşanın səhnələşdirmə müəllifi və quruluşçu rejissoru Anar Məmmədovdur. Biletlərin qiyməti 8 manatdır.
Yanvarın 24-də, saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Yanvarın 25-də, saat 12:00-da Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tragikomediyası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmovdur. Biletlərin qiyməti 8 manatdır.
Yanvarın 25-də, saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında eyniadlı tarixi metafizik dramı oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti 10-25 manatdır.
Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində isə bu həftə beş tamaşa oynanılacaq. Yanvarın 23-də, saat 19:00-da Tamara Vəliyevanın "Cəza" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti 10 manatdır.
Yanvarın 24-də, saat 12:00-da Panço Pançevin "Dörd əkizin nağılı" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur. Biletlərin qiyməti 8-12 manatdır.
Yanvarın 24-də, saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir. Biletlərin qiyməti 10 manatdır.
Yanvarın 25-də, saat 12:00-da S.S.Axundov və A.Şaiqin "Qaraca qız" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti 8-12 manatdır.
Yanvarın 25-də, saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti 10-15 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında: Yanvarın 20-də, saat 19:00-da Samir Qulamovun eyniadlı pyesi əsasında "Bir nəfəs qədər" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Biletlərin qiyməti 8-15 manatdır.
Yanvarın 22-də, saat 10:30-da Ə.Əlizadə, R.Sef, Т.Каrelinanın "İki küpəgirən qarı" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir. Biletlərin qiyməti 7 manatdır.
Yanvarın 23-də, saat 19:00-da Samir Qulamovun eyniadlı pyesi əsasında "Qorxma, mən səninləyəm" tamaşası oynanılacaq. Biletlərin qiyməti 8-15 manatdır.
Yanvarın 24-də, saat 19:00-da Xalq yazıçısı Anarın "Adamın adamı" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Yanvarın 24-də, saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Biletlərin qiyməti 5-15 manatdır.
Yanvarın 25-də, saat 19:00-da "Asılqan" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Biletlərin qiyməti 5-15 manatdır.
Heydər Əliyev Sarayında: Yanvarın 24-də, saat 20:00-da Mustafa Cecelinin konserti. Biletlərin qiyməti 35-190 manatdır.
Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər