Cəmiyyət

Cəlilabadda üç kəndin körpüsü qəzalı vəziyyətə düşdü - Foto

19 Jan 2026, 11:39 2 baxış
Cəlilabadda üç kəndin körpüsü qəzalı vəziyyətə düşdü - Foto

Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra yenidən qəzalı vəziyyətə düşüb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, kənd sakinləri bildirib ki, ötən il güclü yağışlar nəticəsində körpü yararsız hala düşmüş, daha sonra isə müvəqqəti şəkildə bərpa edilmişdi.


Ötən gecə yağan intensiv yağışlar körpünü yenidən sıradan çıxarıb.


Hazırda Vənlik, Fərzili və Oğrubulaq kəndlərinin sakinləri körpüdən istifadə edə bilmir və bu vəziyyət onların gediş-gəlişində ciddi çətinliklər yaradıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar MMC-dən bildirilib ki, körpüdə yenidən müvəqqəti təmir işləri aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər