Cəmiyyət
Şiddətli geomaqnit qasırğası gözlənilir
Şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Oxu.Az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, yanvarın 18-də Günəşdə qeydə alınan alışma nəticəsində yaranmış tac kütlə atılmalarının 20 yanvarda Yer kürəsinə çatacağı gözlənilir. Bununla əlaqədar olaraq güclü geomaqnit qasırğası əmələ gələcəyi ehtimal edilir.
Mənbə
oxu.az