Cəmiyyət

Biləsuvarda mindən çox abonentin qaz təchizatı dayandırılacaq

19 Jan 2026, 10:58 2 baxış
Biləsuvarda mindən çox abonentin qaz təchizatı dayandırılacaq
"Biləsuvar" Qazpaylayıcı Stansiyasından qidalanan yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə saat 14:00-dan başlayaraq təmir işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, təmir işləri başa çatana qədər Xırmandalı kəndində 1030 abonentə verilən təbii qaz təchizatı müvəqqəti dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər