Cəmiyyət

Emal olunmamış almazları idxal və ixrac edənlər cərimələnəcəklər

19 Jan 2026, 11:02 2 baxış
Emal olunmamış almazları idxal və ixrac edənlər cərimələnəcəklər
Emal olunmamış almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi alınmadan idxalı və ixracına görə cərimələr müəyyənləşir. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənədə əsasən, fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcəklər. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər