Şou biznes
Alim Qasımovdan Ferman Akgülün təklifinə CAVAB
Türkiyənin məşhur "MaNga" qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl Oxu.Az-ın sualını cavablandırarkən Alim Qasımovla duet oxumaq istədiklərini deyib. Azxeber.com-un verdiyi məlumata görə, Alim Qasımov təklifə müsbət yanaşdığını vurğulayıb: "Təklif gəlsə, dəyərləndirərəm. Heç bir problem yoxdur. Amma mövzuya, sözlərə və musiqiyə baxmaq lazımdır". Qeyd edək ki, dünən "MaNga" qrupun Bakı Konqres Mərkəzində konserti baş tutub.
Mənbə
oxu.az