Dünya

Fransa hərbi büdcəsini xeyli artıracaq - Makronun yeni planı

15 Jan 2026, 22:24 1 baxış
Fransa hərbi büdcəsini xeyli artıracaq - Makronun yeni planı
Fransa 2027-ci ilə qədər hərbi büdcəsini 64 milyard avroya çatdırmaq niyyətindədir. Oxu.Az-ın xəbərinə görə, bu barədə Prezident Emmanuel Makron ölkənin cənubundakı İstr aviabazasında hərbçilərin qarşısında çıxış edərkən məlumat verib. O xatırladıb ki, bu hədəf əvvəllər 2030-cu il üçün müəyyən edilmişdi: "İndi isə məqsəd 2027-ci ilə qədər illik büdcənin 64 milyard avroya çatdırılmasıdır". Fransanın hərbi xərcləri hazırda 50.5 milyard avro təşkil edir. Makronun Fransa prezidenti seçildiyi 2017-ci ildə müdafiə xərcləri 32.3 milyard avro olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər