Digər

Tokayev müdafiə nazirinin 2 müavinini də qovdu

03 Oct 2026, 15:23 1 baxış
Tokayev müdafiə nazirinin 2 müavinini də qovdu

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev müdafiə nazirinin 2 müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifədən azad edib.


Axar.az xəbər verir ki, bu barədə Akordadan bildirilib.


Sərəncamlara əsasən, Kanış Abubakirov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Almaz Cumakeyev müdafiə nazirinin müavini, Kanat Niyazbekov isə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib.


Qeyd edək ki, sentyabrın 24-də keçirilən təlimlər zamanı 17 hərbçi açıq dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14 nəfər isə həlak olub.

Mənbə axar.az

Oxşar Xəbərlər