Dünya
Edin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada son oyununu keçirən Edin Cekonun şərəfinə məşəllər yandırıblar.
Yandırılan pirotexniki vasitələrdən bina alov rəngini alıb. Eyni zamanda, əfsanənin Bosniya və Herseqovina millisində 152-ci - son oyunundan əvvəl şəhərin mərkəzində üzərində 11 nömrəsi olan nəhəng forma asılıb. Qeyd edək ki, Edin Cekonun Bosniya milli komandası ilə son oyununa biletlər cəmi 14 dəqiqə ərzində satılıb qurtarıb. Futbolçunun özü etiraf edib ki, 40 yaşında futbol oynayacağını heç vaxt düşünməyib. Bununla belə, o, kapitan kimi komandanı 2026-cı il Dünya Çempionatına çıxarıb və Bosniya futbolunun əfsanəsi statusunu təsdiqləmiş olub. Bundan əlavə, o millinin tarixində ən çox qol vuran (bombardir) oyunçudur.

Mənbə
oxu.az