Dünya

Anatoli Kaşpirovski vəfat etdi - Video

03 Oct 2026, 13:24 2 baxış
Anatoli Kaşpirovski vəfat etdi - Video
Sovet və Rusiya psixoterapevti Anatoli Mixayloviç Kaşpirovski vəfat edib. Oxu.Az-ın məlumatına görə, bu xəbəri teleaparıcı Andrey Malaxov sosial şəbəkə hesabında paylaşıb. Malaxov hadisənin detallarına varmadan şəxsi bloqunda qısa şəkildə paylaşım edib. Məlumata görə, Anatoli Kaşpirovskinin ölümünə səbəb kəskin ürək çatışmazlığı olub. Bildirilir ki, yaxınları əfsanəvi "ekstrasens" üçün təcili yardım çağırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, səhər saat 06:40-da (Bakı vaxtı ilə 07:40 - Red.) evində vəfat edib.

Qeyd edək ki, ötən yay Kaşpirovskidə bədxassəli şiş aşkarlandığı və onun təcili əməliyyat olunduğu barədə məlumat yayılmışdı. Kaşpirovski 1989-cu ildə milyonlarla tamaşaçını cəlb edən "sağlamlıq seansları" sayəsində məşhurlaşıb. İxtisasca psixiatr olan Kaşpirovski kütləvi hipnoz seansları keçirirdi, lakin elmi və tibbi dairələr onun metodlarını tənqid edərək, effektivliyinin sübut olunmaması və tamaşaçıların psixi sağlamlığına zərər vurma riski səbəbindən onu şarlatanlıqda və psevdoelmlə məşğul olmaqda ittiham edirdilər. 1993-cü ildə Kaşpirovski siyasətə qoşuldu və LDPR fraksiyasını təmsil edərək Dövlət Dumasına (birinci çağırış) seçilib. O, 1995-ci ildə partiyadan ayrılaraq Rusiyanı tərk edib və uzun müddət ABŞ-də yaşayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər