Dünya
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq: "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır". "Əgər insan Tanrıya inanırsa, onun layiqli olmaq şansı daha yüksəkdir", - deyə Paşinyan qeyd edib. Baş nazir həmçinin qeyd edib: "Əgər insan Tanrıya inanırsa, korrupsiya risklərinə qarşı həssas olacaq. Bu gün Ermənistanda biz düzgünlük və ədalətin çatışmazlığından danışırıq. Tanrıya inanan hakim düzgünlük və ədalət işinə daha çox sadiq olacaq".
Mənbə
oxu.az