Kriminal

Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib

03 Oct 2026, 15:48 2 baxış
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, yolun daha əvvəl təmizlənərək hərəkətin bərpa olunan hissəsində bu gün yenidən torpaq sürüşüb. Nəticədə Quba rayonunun Xınalıq da daxil olmaqla səkkiz dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Bölgədə davam edən yağıntılı hava şəraiti və dağlıq relyefdə torpağın rütubətlənməsi sürüşmə prosesini aktivləşdirib. Hazırda aidiyyəti qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun təmizlənməsi və gediş-gəlişin bərpası istiqamətində işlər aparılır. Qeyd edək ki, sentyabrın 30-da Quba-Xınalıq yolunun "Nazlı bulaq" kimi tanınan hissəsində sürüşmə baş verib, yola qum və palçıq axıb.
{{gallery}}
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib
Mənbə oxu.az

Oxşar Xəbərlər