Dünya

Əsrin planetlər paradı kulminasiya nöqtəsinə yaxınlaşır: Nə vaxt görmək olacaq?

15 Jan 2026, 16:46 1 baxış
Əsrin planetlər paradı kulminasiya nöqtəsinə yaxınlaşır: Nə vaxt görmək olacaq?
Günəş sisteminin planetləri əsas ulduzun ətrafında toplaşmağa davam edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında məlumat verib. Kosmosdan əldə edilən görüntülərə əsasən, Yerə ən yaxın üç planet - Merkuri, Venera və Mars görünməyə başlayıb. "Cari yüzilliyin (əsrin) bu miqyasına görə unikal paradının kulminasiya nöqtəsi artıq bir həftə sonra, 21-22 yanvar tarixlərində gözlənilir", - deyə məlumatda bildirilib. Laboratoriya iddia edir ki, Merkuri Günəşə yaxınlaşdıqda bunun mümkün olacağı ehtimal edilir. Bunun nəticəsində simmetrik konfiqurasiya - dörd cisimdən ibarət xaç yaranacaq. Günəş və Merkuri şaquli oxu, Venera və Mars isə üfüqi oxu formalaşdıracaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər