Dünya
Almaniya Rusiya ilə əlaqəli gəmilərin ərazilərinə girməsinə QADAĞA QOYDU
Almaniya Rusiya ilə əlaqəli gəmilərin öz sularına daxil olmasını qadağan etməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumatlar yayılıb. Məlumata görə, yerli hüquq-mühafizə orqanları bu yaxınlarda "Akademik Boris Petrov" tədqiqat gəmisinin Almaniya sularına girməsinə icazə verməyiblər. Bundan başqa, Rusiya ilə əlaqəli "Chariot Tide" və "Tavian" neft tankerlərinin də Almaniya ərazilərinə daxil olmasının qarşısı alınıb.
Mənbə
oxu.az