Dünya

Rusiyalı sabiq nazir müavini ölü tapıldı

15 Jan 2026, 14:54 1 baxış
Rusiyalı sabiq nazir müavini ölü tapıldı
Rusiyanın əmək nazirinin sabiq müavini Aleksey Sklyar Yeni Moskvadakı şəxsi evində ölü tapılıb. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, A.Sklyar intihar edib. Ölümündən əvvəl o, hazırda Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyində çalışan xanım dostuna - keçmiş həmkarına öz həyat yoldaşından şikayət edib. "Shot" "Telegram" kanalının məlumatına görə, A.Sklyar məktubunda bildirib ki, ​​ölümündə günahkar həyat yoldaşıdır. Xilasedicilər daha sonra onun cəsədini Moskvadakı şəxsi evinin qapısının ağzında tapıblar. Keçmiş nazirin müavini Aleksey Sklyarın həyat yoldaşı ərinin intiharı ilə bağlı şərh verməkdən imtina edib. Mərhumun xanımının işgüzar qadın olduğu - siqaret satışı və kiçik pərakəndə satış üzrə ixtisaslaşmış fərdi sahibkar kimi qeydiyyatdan keçdiyi bildirilir. Bundan əlavə, qadının kafe və gözəllik salonları olub, lakin bu ilin əvvəlində biznesi bağlamalı olub. Bundan əvvəl o, tibb müəssisəsində çalışıb. Cütlüyün iki oğlu var. Uşaqlardan biri deyib ki, atası ilə uzun müddətdir danışmır və onun ölümündən xəbəri yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər