Dünya

"Dünyadakı hadisələr içməyə məcbur edir" - Aİ-nin ali nümayəndəsi zarafatı ilə gündəm oldu

15 Jan 2026, 11:02 1 baxış
"Dünyadakı hadisələr içməyə məcbur edir" - Aİ-nin ali nümayəndəsi zarafatı ilə gündəm oldu
Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas dünyada baş verən gərginliklər fonunda spirtli içkilərə zərurət yaranması barədə gözlənilməz zarafat edib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa Parlamentindəki siyasi qrupların liderləri ilə söhbətində zarafatla deyib: "Spirtli içkilərdən çox istifadə etməsəm də, dünyada baş verən hadisələr indi içkiyə başlamaq üçün uyğun vaxtın gəldiyini göstərir".
Mənbə oxu.az

Oxşar Xəbərlər