Dünya

Britaniyada qatar relsdən çıxıb: 40-a yaxın sərnişin təcrid olunmuş vəziyyətdə qalıb - VİDEO

13 Aug 2026, 22:48 1 baxış
Britaniyada qatar relsdən çıxıb: 40-a yaxın sərnişin təcrid olunmuş vəziyyətdə qalıb - VİDEO
Böyük Britaniyanın Nəqliyyat Polisi krallığın cənub-şərqindəki Şərqi Sasseks qraflığında yerləşən Lyuis dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarının relsdən çıxdığını bildirib. Oxu.Az bu barədə "Sky News"a istinadən xəbər verir. Məlumata görə, saat 16:00-dan bir qədər əvvəl (Bakı vaxtı ilə 19:00 - red.) Heyvards-Hit və Lyuis arasında hərəkət edən qatarın ən azı iki vaqonu aşıb və relsdən çıxıb.

Aşan vaqonlarda 40-a yaxın sərnişinin təcrid olunmuş vəziyyətdə qala biləcəyi bildirilir. Lyuis vasitəsilə qatarların hərəkəti xüsusi sərəncamadək dayandırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər