Mədəniyyət
Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq
Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əksini tapıb. Bunlar aşağıdakılardır: 1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı; 2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı; 3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı; 4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı; 5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı; 6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı. Konsepsiya üç mərhələni əhatə edəcək. Birinci mərhələ 2026-2030-cu, ikinci 2031-2035-ci, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında həyata keçiriləcək. Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər