İdman
Xabi Alonso "Real Madrid" azarkeşlərinə müraciət ünvanlayıb
"Real Madrid" klubundan ayrılan baş məşqçi Xabi Alonso azarkeşlərə müraciət ünvanlayıb. Oxu.Az xəbər verir ki, Xabi Alonso bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Bu peşəkar mərhələ başa çatır və arzu etdiyimiz kimi olmadı. "Real Madrid"i çalışdırmaq mənim üçün həm şərəf, həm də böyük məsuliyyət oldu. Kluba, futbolçulara və xüsusilə azarkeşlərə və bütün "madridista"lara göstərdikləri etimada və dəstəyə görə təşəkkür edirəm. Hörmətlə, minnətdarlıqla və əlimdən gələnin ən yaxşısını etdiyim inancı ilə ayrılıram", - deyə baş məşqçi paylaşımında qeyd edib. Qeyd edək ki, dünən istefaya göndərilən Xabi Alonsonu "kral klubu"nda Alvaro Arbeloa əvəzləyib.
Mənbə
oxu.az