Dünya
ABŞ-İran danışıqları dalana dirəndi: Hərbi əməliyyatlar bərpa oluna bilər
Qətər vasitəçilərinin bu həftə ABŞ və İran arasındakı münasibətlərdə diplomatik irəliləyiş əldə etmək cəhdləri uğursuz olub, çünki tərəflərdən heç biri güzəştə getməyə hazır deyil və danışıqlar dalana dirənib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən məlumat verib. Mənbələr vurğulayırlar ki, əhəmiyyətli irəliləyişin olmaması hər iki tərəfin hərbi əməliyyatları bərpa etmək qərarı ilə nəticələnə bilər. Portal digər ABŞ KİV-i kimi qeyd edir ki, Prezident Donald Tramp noyabr ayında keçiriləcək konqresə aralıq seçkisindən sonra əməliyyatların bərpasına əmr verə bilər. "Axios" mənbələri bildirirlər ki, Qətər məmurları diplomatik nizamlama cəhdlərini davam etdirəcəklər, lakin hər iki tərəfin hərəkətlərindən məyus olublar. Sentyabrın 28-də onlar Qətərin İranın blokadasının qaldırılması üzrə kompromis təklifini və Tehran tərəfindən nüvə sahəsində güzəştləri müzakirə ediblər. Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens iştirak edib. Lakin mənbənin sözlərinə görə, məsləhətləşmələrdə əhəmiyyətli irəliləyiş müşahidə edilməyib. "Danışıqlar dalana dirənib. İran ABŞ-nin qəbul edə bilməyəcəyi tələblər irəli sürür, ABŞ isə hesab edir ki, qalib gəlir, ona görə də güzəştə getməyə ehtiyac yoxdur", - deyə o bildirib.
Mənbə
oxu.az