İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
"Azeri Light" markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 122.49 ABŞ dolları olub.
Mənbə
oxu.az