İdman
"Səbail" qış fasiləsində ilk transferini reallaşdırıb
"Səbail" klubu Ruslan Voronsovu heyətinə qatıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub çempionatın birinci dövrəsini "Şahdağ Qusar"da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalayıb. "Səbail"də "9" nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsümdə yeddi qola imza atıb.
Mənbə
oxu.az