İdman

"Real Madrid" yeni məşqçi axtarışında: Entso Mareska əsas namizəd oldu

13 Jan 2026, 14:36 1 baxış
"Real Madrid" yeni məşqçi axtarışında: Entso Mareska əsas namizəd oldu
"Real Madrid" klubu Xabi Alonsonu komandadan göndərdikdən sonra baş məşqçi postuna yeni namizəd axtarışlarını sürətləndirib. Oxu.Az "Teamtalk"a istinadən xəbər verir ki, "kral klubu" bu vəzifə üçün bir sıra tanınmış mütəxəssisləri ciddi şəkildə nəzərdən keçirir. Məlumata görə, siyahının ön sıralarında İngiltərənin "Çelsi" klubundan bu mövsümün əvvəlində gözlənilmədən istefaya göndərilən 44 yaşlı italiyalı mütəxəssis Entso Mareska dayanır. London klubunda yalnız 11 ay çalışmasına baxmayaraq, italiyalı məşqçi müasir futbol anlayışı və taktiki yenilikləri ilə diqqət çəkməyi bacarmışdı. "Real Madrid"in prezidenti Florentino Peres və klub rəhbərliyi artıq Mareskanın potensial təyinatını dərindən araşdırır və yaxın günlərdə italiyalı mütəxəssislə rəsmi danışıqların başlanacağı gözlənilir. Madrid klubu, ənənəvi olaraq məşqçi seçiminə çox diqqətlə yanaşır və bu dəfə də uzunmüddətli layihə üçün doğru şəxsi tapmaq niyyətindədir. Qeyd edək ki, Xabi Alonsonun klubdan göndərilməsindən sonra "Real Madrid" komandasını müvəqqəti olaraq klubun keçmiş futbolçusu və hazırda gənclər komandasının məşqçisi olan Alvaro Arbeloa çalışdıracaq. 41 yaşlı ispan mütəxəssis "Real Madrid Kastilya" ilə uğurlu işi sayəsində klubun etimadını qazanıb və keçid dövründə komandanı idarə etmək imkanı qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər