İdman

"Neftçi" bu gün Misir komandası ilə qarşılaşır

13 Jan 2026, 11:08 1 baxış
"Neftçi" bu gün Misir komandası ilə qarşılaşır
Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" komandası ikinci yoxlama oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi bu gün Misirin "Piramids" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da Məhəmməd bin Zayed adına stadionunda baş tutacaq. Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər