İdman

Fransada motosiklet yarışında dəhşətli qəza: Rafael Şole xəsarətlərdən öldü

13 Jan 2026, 11:24 1 baxış
Fransada motosiklet yarışında dəhşətli qəza: Rafael Şole xəsarətlərdən öldü
Fransada motosiklet yarışında faciə yaşanıb. Oxu.Az "Lille Actu" portalına istinadən xəbər verir ki, yarış zamanı gənc idmançı Rafael Şole aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Digər iştirakçı ilə toqquşma səbəbindən 21 yaşlı idmançı motosikletindən yıxılaraq ciddi zədələr alıb. Yarış dərhal təşkilatçılar tərəfindən dayandırılıb və təcili tibbi yardım çağırılıb. Ağır vəziyyətdə olan idmançı helikopterlə ən yaxın tibb mərkəzinə çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu, Fransa motosiklet idmanı tarixində ölümlə nəticələnən ilk qəza deyil. 2019-cu ildə 23 yaşlı Boris Prudom da yarış zamanı həyatını itirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər