İdman

Fransa millisinin keçmiş üzvü Mamadu Sako karyerasını başa vurdu

13 Jan 2026, 09:56 1 baxış
Fransa millisinin keçmiş üzvü Mamadu Sako karyerasını başa vurdu
Fransa millisinin, "Liverpul" və PSJ-nin keçmiş müdafiəçisi Mamadu Sako 35 yaşında karyerasını başa vurduğunu elan edib. Oxu.Az "France24" nəşrinə istinadən xəbər verir ki, Sako ötən ilin yanvar ayında Gürcüstanın "Torpedo Kutaisi" klubundan ayrıldıqdan sonra klubsuz qalmışdı. Qeyd edək ki, Fransa millisinin heyətində 29 dəfə meydana çıxan futbolçu PSJ akademiyasının yetirməsidir. O, 2012-13 mövsümündə Liqa 1 titulunu qazanan komandada yer alıb.
Fransa millisinin keçmiş üzvü Mamadu Sako karyerasını başa vurdu
Mənbə oxu.az

Oxşar Xəbərlər