İdman
İngiltərə Kuboku: "Liverpul" mərhələ adladı
İngiltərə Kubokunda üçüncü raundun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, "Liverpul" doğma meydanda aşağı liqa təmsilçisi "Barnsli"ni qəbul edib.
Matç gözlənildiyi kimi, Mersisayd klubunun qələbəsilə başa çatıb. Meydan sahibləri qonaqların qapısından dörd qol keçirib, öz qapılarından isə yalnız bir top çıxarıblar - 4:1. Xatırladaq ki, mərhələnin oyunlarına yanvarın 20-də yekun vurulacaq. Qeyd edək ki, kubokun hazırki sahibi "Kristal Pelas"dır. Komanda üçüncü raundda məğlub olaraq mübarizəni dayandırıb.

Mənbə
oxu.az