Cəmiyyət
Qərbi Azərbaycan Xronikası: "Qaraqaya camaatı tarixi Vətənə qayıtmağa hazırdır"
Bu gün Baku TV-nin "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Sumqayıt Dövlət Universitetinin professoru, Əməkdar müəllim Tamella Əhmədova olub.
O, doğulub boya-başa çatdığı Çəmbərək rayonunun Qaraqaya kəndindən söhbət açıb. Bildirib ki, Qaraqaya keçmiş İrəvan quberniyasının Qazax qəzasında, Çəmbərək rayonunda yerləşən bir kənddir. Sonralar ermənilər bu rayonun adını dəyişdirərək Krasnoselsk adlandırıblar. Bu ərazi 1937-ci ilə qədər Dilican rayonunun inzibati-ərazi bölgüsünə daxil olub. Professor T.Əhmədova qeyd edib ki, gözəlliyinə və təbiətinə görə Qaraqaya kəndinə bənzəyən ikinci bir yaşayış məntəqəsi yoxdur. Kənd hər tərəfdən hündür dağlarla və sıx meşəliklə əhatə olunub. Kəndin aşağı hissəsindən axan sərin suyu olan çay bu yaşayış məntəqəsinin təbiətinə əlavə gözəllik bəxş edib. Burada ilk məskunlaşma XV əsrin sonu və XVI əsrin əvvəllərinə təsadüf edir. XIX əsrdən etibarən isə Qaraqayada yaşayan Azərbaycan türklərinin sayı artmağa başlayıb. Lakin XX əsrin əvvəlində ermənilərin bütün Qərbi Azərbaycanda, o cümlədən Çəmbərək rayonu ərazisində törətdiyi qırğınlar nəticəsində Qaraqaya sakinləri doğma ata-baba yurdlarından didərgin salınıblar. Ermənilər bu yaşayış məntəqəsində vəhşiliklər törədiblər. Müsahibin sözlərinə görə, həmin hadisələr zamanı nənəsini - ata babasının anasını ermənilər işgəncə ilə qətlə yetirib, ardınca başını kəsiblər. Daşnak tör-töküntülərinə qarşı silahlı mübarizəyə qoşulan babası ailəsi ilə birlikdə Qaraqaya kəndini tərk etmək məcburiyyətində qalıb. Bütün bu hadisələr kəndin boşalmasına səbəb olub. Lakin zamanla soydaşlarımız yenidən doğma Qaraqayaya qayıdıb və burada yaşayıblar. Statistik məlumatlara görə, 1987-1991-ci illərin deportasiyasına qədər bu kənddə 350 nəfər azərbaycanlı yaşayıb. Sonuncu deportasiya zamanı həmyerlilərinin üzləşdiyi çətinliklərdən, ermənilərin onlara qarşı törətdiyi fiziki və mənəvi təzyiqlərdən danışan professor T.Əhmədova vurğulayıb ki, o dövrdə ilk olaraq Qafanda soydaşlarımıza qarşı hücumlar təşkil edilib. Sovet rəhbərliyinin laqeydliyi, eyni zamanda həmin illərdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun səriştəsizliyi və soydaşlarımızın taleyinə biganəliyi nəticəsində 300 mindən çox azərbaycanlı indiki Ermənistandan deportasiya olunub. Alimin qənaətincə, həmin illərdə sovet totalitar rejiminin buyruq quluna çevrilən Ə.Vəzirov soydaşlarımızın Qarabağda məskunlaşmasına, bu coğrafiyada demoqrafik vəziyyətin azərbaycanlıların xeyrinə artmasına və güclənməsinə imkan verməyib. Nəticədə, Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında olan, Qarabağda məqsədli şəkildə yerləşdirilən millətçi ermənilərin əl-qolu açılıb. Bu siyasi səhv Qarabağda erməni separatizminin baş qaldırmasına, regionun münaqişə və müharibə ocağına çevrilməsinə də öz təsirini göstərib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına toxunan professor T.Əhmədova soydaşlarımızda tarixi torpaqlarımıza qovuşmaqla bağlı böyük ruh yüksəkliyinin yarandığını dilə gətirib. Qeyd edib ki, Qaraqaya camaatı tarixi Vətənə qayıtmağa hazırdır. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər