Dünya

Avstraliyada tort tozunu udan uşaq komaya düşdü

16 May 2026, 06:16 3 baxış
Avstraliyada tort tozunu udan uşaq komaya düşdü
Avstraliyada 14 aylıq körpə anası konditer məmulatları hazırlayarkən tort üçün nəzərdə tutulan qızıl rəngli qida tozunu udub. Nəticədə uşaq komaya düşüb və ağciyərləri ciddi zədələnib. Oxu.Az xəbər verir ki, bu barədə "News.com.au" portalı məlumat yayıb. Nəşr qeyd edir ki, ananın diqqəti cəmi bir neçə saniyəlik yayınıb. Bu qısa müddət ərzində uşaq qutunu açıb, bankanın qapağını çıxararaq qida boyasını içinə çəkib. Toz uşağın ağciyərlərindəki nəmlə təmasda olaraq pastaya çevrilib və hava yollarının tam tıxanmasına səbəb olub. Körpə dərhal komaya düşüb və təcili xəstəxanaya çatdırılaraq ağciyər əməliyyatına alınıb. Şanslı uşaq artıq özünə gəlib və vəziyyəti sağalmağa doğru gedir. Lakin o, hələ bir müddət fizioterapiya və erqoterapiya müayinələrindən keçməlidir.
Avstraliyada tort tozunu udan uşaq komaya düşdü Avstraliyada tort tozunu udan uşaq komaya düşdü
Mənbə oxu.az

Oxşar Xəbərlər