Cəmiyyət

Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO

16 May 2026, 01:30 2 baxış
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
Bakı şəhərində yerləşən "Ulduzlara doğru" uşaq bağçasının həyətindən qəribə görüntülər yayılıb. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, adıçəkilən bağçanın həyətyanı sahəsində qoyun, çəpiş və toyuqlar saxlanılır.
Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 24 ünvanında yerləşən bağçanın həyətindən havalar istiləşəndən sonra ətrafa üfunət iyi yayılır. Bu isə yaxınlıqda yaşayan sakinlərin narahatlığına səbəb olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər