Dünya
Bir ailədən üç rekordçu: Bacıların ümumi yaşı 316-ya çatıb
Braziliyadan olan üç qadın ən uzunömürlü doğmalar olaraq yeni dünya rekorduna imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Longevi Quest" tədqiqat mərkəzinə istinad edərək "Need To Know" nəşri yayımlayıb. Lenita, Zoraida və Zulina de Deus Nunes adlı bacıların birgə yaşı 316 il təşkil edir. Onlardan ən böyüyü 108, ortancılı 104, ən kiçiyi isə 103 yaşındadır (tam yaşları götürülür). Qadınlar Braziliyanın şimal-şərqində yerləşən Serjipe ştatında səkkiz uşağın böyüdüyü ailədə dünyaya göz açıblar. 1917-ci ilin iyununda doğulan Lenita gəncliyində ailə işlərinə rəhbərlik edib, 1953-cü ildə isə Rio-de-Janeyroya yollanaraq televiziya kanalında çalışıb. 1921-ci ilin noyabr təvəllüdlü Zoraida ibtidai siniflərdə dərs deyib, ardınca isə tanınmış tibb bacısı məktəbindən məzun olub. 1923-cü ilin martında anadan olan Zulina isə peşəkar tikiş ustasıdır və altı övladının hər birinin təhsil xərclərini qarşılamağa nail olub. Qeyd edilir ki, bacılar bir-biri ilə çox yaxın dostdurlar.
Mənbə
oxu.az